cümə axşamı, 21.10.2021, 07:18
Приветствую Вас Qonaq

EMİLaZ.tk

Главная » 2014 » fevral » 6 » Adnan Menderes
21:23
Adnan Menderes

1899-cu ildə Aydın şəhərində doğulub. Atası İzmirli Katibzadə İbrahim Əthəm Bəy, anası Aydınlı Hacı Əlipaşazadələrdən Tövfiqə Xanımdır. Ana və atasını kiçik yaşlarında itirmiş, nənəsinin himayəsində yaşamışdır. Təhsilə İzmir İttihad və Tərəqqi Məktəbində başlayan Adnan Menderes, Qızılçulu Amerikan Kollecində oxuyarkən missionerlərlə başına dərd açdığı üçün, müxtəlif yerlərə müraciət etmişdi. Müraciət etdiyi yerlərdən birinin başında Cəlal Bayar dururdu. O, Bayarla belə tanış olub.

Ankara Hüquq Fakültəsini bitirən Adnan Menderes, I Dünya Müharibəsi vaxtı "yedəksubay" olaraq əsgərliyini çəkdi. Aydında bəzi dostları ilə birlikdə "Ayyıldız Çetesi"ni qurdu. Sonra Sökədə Piyada Alay Yavəri olaraq müharibəyə yollandı. Müharibədən sonra İstiqlal Ordeni aldı.

Əli Fəthi Oxyar tərəfindən 1930-cu ildə qurulan, lakin qısa müddətdən sonra bağlanan Sərbəst Firqənin Aydın Təşkilatını yaradaraq başçısı oldu. Bu partiya bağlanan zaman CXP-yə daxil oldu və 1931-ci ildə bu partiyanın adından Aydın millət vəkili seçildi.

1945-ci ilə qədər TBMMdə "komissiya raportörlüğü" edən Adnan Menderes, o il Saracoğlu Hökumətinin gətirdiyi "Torpaq Qanunu Tasarısı"nı kəskin tənqid edərək, komissiyadan istefa verdi. Partiyada etdikləri muxalifətçilik üzündən, Rəfiq Koraltan və Fuad Köprülü ilə birlikdə CXP Nizam-İntizam Qurumu tərəfindən 12 İyun 1945-ci ildə xaric edildilər.

Cəlal Bayar da həm partiyadan həm də millət vəkilliyindən istefa verdi. Bu hərəkətlər 7 Yanvar 1946-cı ildə Demokrat Partiyasının qurulmasına səbəb oldu. 1946-cı ildə keçirilən seçkidə Demokrat Partiyasından Kütahya Millət vəkili olaraq məclisə qatıldı. Cəlal Bayardan sonra ikinci adam vəziyyətinə gəldi.

14 may 1950 seçimlərində DP səslərin 53,5%-ni alaraq iqtidar oldu. 10 illik DP iqtidarının tək başçısı oldu və o dövrə damğasını vurdu. İqtidarı dövründə 5 hökumət qurdu. Bu 10 illik zaman içində Türkiyənin daxili və xarici siyasətində böyük inkişaf oldu. Sənayeləşmə və şəhərsalma həmləsi başladı, kəndə maşın gətirildi, rabitə, enerji, təhsil, sağlıq, sığorta ve bankçılıq yenidən başladı. Türkiyə inkişaf qavramı ilə tanış oldu.

27 May 1960-cı ildə edilən silahlı həmlə ilə iqtidardan endirildi. Yassıadada həbs edildi. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən edama məhkum edildi. Yassıadada dustaq olduğu vaxtlarda müxtəlif işgəncələrə məruz qaldığı söylənilir.

Mənbə: Vikipediya
Просмотров: 1264 | Добавил: Login | Рейтинг: 1.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Категории раздела
Emil [0]
Поиск
Вход на сайт

Календарь
«  fevral 2014  »
B.eÇ.aÇC.aCŞB
     12
3456789
10111213141516
17181920212223
2425262728
Архив записей
Наш опрос
AZƏRBAYCAN"NIN № BIR SAYTI ?
Cavablar: 4
4
Мини-чат
200
Статистика

cəmi 1
qonaq 1
istifadəçi 0
Друзья сайта
Copyright MyCorp © 2021 |